Azərbaycanlı tələbə qız faciəvi şəkildə  öldü
23 iyun 2026 16:12 (UTC +04:00)

Azərbaycanlı tələbə qız faciəvi şəkildə öldü

1

Gürcüstanda evdə baş verən partlayış zamanı ağır xəsarətlər alan azərbaycanlı qız ölüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə iyunun 11-də Saqareco rayonunun Yormuğanlı kəndində qeydə alınıb.

Evin mətbəxində qaz sızması səbəbindən partlayış zamanı baş verib. Nəticədə gənc qız ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, Lamiyə Allahverdiyeva 12 gün ərzində xəstəxanada müalicə alsa da, aldığı ağır xəsarətlər səbəbindən həyatını itirib.

Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisası üzrə tələbəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 496

Oxşar yazılar