Ölkədə suçiçəyi yayılıb? - Nazirlikdən CAVAB
23 iyun 2026 15:52 (UTC +04:00)

Ölkədə suçiçəyi yayılıb? - Nazirlikdən CAVAB

0

Azərbaycanda kütləvi şəkildə suçiçəyi xəstəliyinin yayıldığı bildirilir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, suçiçəyi xəstəliyi ilə bağlı ölkə üzrə kütləvi yayılma və ya epidemioloji gərginlik müşahidə olunmur:

RGEM-in rəsmisi: Ehtiyat su anbarları ildə azı bir dəfə təmizlənməli və  dezinfeksiya edilməlidir - AZƏRTAC

“Hazırda qeydə alınan hallar xəstəliyin təbii epidemioloji xüsusiyyətlərinə uyğun olaraq sporadik xarakter daşıyır və əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə narahatlıq doğuran artım qeydə alınmayıb.

Qeyd edək ki, suçiçəyi yoluxucu xəstəlik olmaqla yanaşı, adətən uşaqlar arasında daha çox rast gəlinir və ayrı-ayrı halların qeydə alınması normal epidemioloji proses hesab olunur.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır.

Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur. Eyni zamanda, vətəndaşlarımızı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara etibar etməyi tövsiyə edirik.

Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar