Ağcabədidə itkin düşən əmioğlular tapıldı -YENİLƏNİB
23 iyun 2026 20:06 (UTC +04:00)

Ağcabədidə itkin düşən əmioğlular tapıldı -YENİLƏNİB

1

Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.

 

19:54

Ağcabədi rayonunun Hüsülü kənd sakinləri Anar Məmmədov və Kamal Məhərrəmli Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, yeniyetmələr ailələrinə təhvil verilib.

Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

***

11:19

Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.

Lent.az APA-ya istinadla bildirir ki, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.

Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.

Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.

Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1278

Oxşar yazılar