Koronavirusa yoluxanlar peyvəndlənməlidir - ÜST rəsmisi
15 fevral 2021 17:31 (UTC +04:00)

Koronavirusa yoluxanlar peyvəndlənməlidir - ÜST rəsmisi

Koronavirusa yoluxanlar infeksiyaya qarşı peyvəndlənməlidir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi əməkdaşı Sumya Svaminatan söyləyib.

O izah edib ki, COVID-19 xəstələrinin hamısında kifayət qədər güclü bir immunitet reaksiyası yaranmır, bəzilərinin zəif olduğu üçün peyvəndlənmələri daha yaxşıdır.

Svaminatan ayrıca "immunitet sistemi oxşar bir antigeni və zülalı tanıyır, bu səbəblə əvvəllər yoluxanlar üçün peyvənd immunitet reaksiyasını artırıcı rolunu oynayır", - deyib.

ÜST nümayəndəsi əlavə edib ki, yalnız 18 yaşdan yuxarı insanlar peyvəndlənməlidir. 

Son məlumatlara görə, dünyada 109,4 milyondan çox insan koronavirusa yoluxub, 2,4 milyondan çox insan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar