Keyfiyyətsiz meyvə şirələri hansı xəstəliklərə SƏBƏB OLUR?
31 yanvar 2023 12:13 (UTC +04:00)

Keyfiyyətsiz meyvə şirələri hansı xəstəliklərə SƏBƏB OLUR?

“Meyvə şirələrinin rəngləri meyvədən deyil, tərkibindəki boyadan qaynaqlanır”.

Lent.az xəbər verir ki, bu sözləri həkim Həsən Bəsri Savaş müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, meyvə şirələrinin tərkibində çoxlu qida əlavələri var:

“Bu məhsullara kimyəvi və süni boyalar, müxtəlif dadlandırıcılar əlavə edilir. Demək olar ki, onların tərkibində meyvə yoxdur”.

Həsən Bəsri bildirib ki, belə keyfiyyətsiz meyvə şirələri şəkərli diabetə yoluxma hallarını 15 faizə qədər artırır.

“Bu içkilərin həddindən artıq çox içilməsi piylənmə tezliyini artırır, ürək-damar xəstəliklərinə gətirib çıxarır. O cümlədən keyfiyyətsiz meyvə şirələri mədə-bağırsaq xəstəlikləri, depressiya, immunitetin itirilməsi hallarına da səbəb olan amillər arasındadır”.

Həkim, xüsusilə uşaqlara belə içkilərin verilməsinin təhlükəli olduğunu da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758
avatar

Sevinc Fərid

Oxşar yazılar