Kənd həyatının   ürək üçün zərərli ola biləcəyi aşkar edildi
30 yanvar 2023 09:20 (UTC +04:00)

Kənd həyatının ürək üçün zərərli ola biləcəyi aşkar edildi

Vanderbilt Universitetinin alimləri müəyyən ediblər ki, ABŞ-ın kənd yerlərində yaşayan yaşlı insanların şəhərdəki həmkarlarına nisbətən ürək çatışmazlığı inkişaf riski 19 faiz çoxdur.

Lent.az xarici mediaya istinadla xəbərinə görə, tədqiqatçılar ABŞ-ın cənub-şərqində böyüklərin sağlamlığına dair uzunmüddətli araşdırmanın məlumatlarını təhlil ediblər. Onlar 12 ştatda kənd və şəhər sakinləri arasında ürək çatışmazlığı hallarını qiymətləndiriblər. Təxminən 13 il ərzində ürək çatışmazlığı olmayan 27.000 yaşlı əhali izlənilib.

Ümumiyyətlə, kənd yerlərində ürək çatışmazlığı riski şəhər yerlərindəkindən təxminən 19 faiz yüksək olub. Kənddəki qaradərili kişilərin ürək çatışmazlığı riski şəhərdəki qaradərili kişilərə nisbətən 34 faiz daha yüksək olub. Eyni zamanda, kənd yerlərində yaşayan qaradərili qadınlarda risk 18, ağdərili qadınlarda isə 22 faiz artıb.

Bu fərqlərin dəqiq səbəbləri aydın deyil və hələ də öyrənilir. Tədqiqatçılar hesab edirlər ki, struktur irqçilik, səhiyyə xidmətlərinə çıxışda bərabərsizliklər və sərfəli, sağlam qidalar satan ərzaq mağazalarının olmaması da daxil olmaqla, müxtəlif amillər rol oynaya bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391
avatar

Oxşar yazılar