"Sabah"ın oyununda  azarkeşlər arasında DAVA:  saxlanılanlar var
12 avqust 2026 16:24 (UTC +04:00)

"Sabah"ın oyununda azarkeşlər arasında DAVA: saxlanılanlar var

0

Avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena” stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.

Lent.az xəbər verir ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, insident avqustun 11-də Azərbaycanın “Sabah” və Danimarkanın “Orhus” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar