Türkiyənin Yalova şəhərində F-16 təlim təyyarəsi qəzaya uğrayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, təyyarədəki katapult sistemindən istifadə edən pilot qəzadan sağ çıxıb.
Məlumata görə, qəza təlim zamanı baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.