Kartofu bu meyvə ilə bir yerdə saxlayın, yoxsa...
21 fevral 2023 17:49 (UTC +04:00)

Kartofu bu meyvə ilə bir yerdə saxlayın, yoxsa...

Hər kəsin sevdiyi yeməklərdən biri olan kartofun dadı təzəliyindən asılıdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, uyğun şəraitdə saxlanmayan və cücərən kartof çoxlu risklər gətirir. Uzun müddət saxlanılan və cücərən kartof solanin zəhərlənməsinə səbəb olur. 

Digər tərəvəzlər kimi, kartofun da saxlama şəraiti çox vacibdir. Kartof rütubətli yerdə saxlanılarsa, tez cücərər. Kartof  üçün ən uyğun saxlama şəraiti quru yerdir.

Mütəxəssislər cücərmiş kartofun çox zərərli olduğu barədə xəbərdarlıq ediblər. Kartofla almanı bir yerdə saxlamaq cücərmənin qarşısını alacaq.  

Əgər kartofun tez xarab olmasını istəmirsinizsə, onları soğanla eyni yerə qoymamalısınız. Çünki soğan qoxusundan kartof daha tez xarab olur. 

Kartof haqqında bilmək lazım olan digər vacib məqam odur ki, onu soyuducuda saxlamaq olmaz. Soyuducuda saxlanılan kartofun tərkibindəki nişasta tez bir zamanda şəkərə çevrilir. Kartof bişirildikdə və ya qızardıldıqda şəkər amin turşusu asparaginlə birləşərək zərərli olduğu düşünülən "akrilamid" kimyəvi maddəsini istehsal etməyə başlayır. Bu kimyəvi maddə bir çox xəstəliyə, o cümlədən xərçəngə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4113
avatar

Arzu Qurbanlı

Oxşar yazılar