Ürəyə qulluq çox vaxt arteriyalarda lövhələrin (xolesterin yığıntılarının) əmələ gəlməsinin qarşısını almaqla bağlıdır. Onların toplanması insult, infarkt və digər ürək-damar xəstəlikləri riskini artırır. Bu problemin inkişafına siqaret çəkmə, xroniki stress, oturaq həyat tərzi, artıq çəki, yüksək qan təzyiqi və xolesterinin yüksək səviyyəsi təsir göstərir.
Lent.az bu qidanı sizə təqdim edir:
Ən təhlükəli qida - qızardılmış yeməklər
Mütəxəssislərin fikrincə, ən təhlükəli seçim qızardılmış qidalardır. Manhattan Kardiologiya Mərkəzindən kardioloq Meri Qrin bildirir ki, ən böyük təhlükəni yağlarda hazırlanmış yeməklər yaradır. İstisna yalnız “ekstra-virgin” zeytun yağı və avokado yağıdır. Amma hətta onları belə çox az miqdarda istifadə etmək və heç vaxt friterdə (dərin yağda) qızartmamaq tövsiyə olunur. Onunla həmfikir olan Yel Tibb Məktəbinin professoru Harlan Krumxolts vurğulayır ki, xüsusi təhlükəni transyağlar yaradır. Onlar qismən hidrogenləşdirilmiş yağlarda, həmçinin çoxlu emal olunmuş və qızardılmış məhsullarda olur. Tədqiqatlara görə, gündəlik rasionda cəmi 2% transyağın olması ürək-damar xəstəlikləri riskini demək olar ki, dörddəbir artırır.
Transyağların fəsadları
Transyağların əsas problemi ondadır ki, onlar “pis” xolesterinin (LDL) səviyyəsini artırır, eyni zamanda “yaxşı” xolesterinin (HDL) miqdarını azaldır. Bu qədər zərərli olduqları üçün ABŞ Qida və Dərman Administrasiyası (FDA) qismən hidrogenləşdirilmiş yağların qida sənayesində istifadəsini qadağan edib. Amma doktor Qrinin sözlərinə görə, transyağlar hələ də çox emal olunmuş məhsullarda ola bilər. Buna görə də həkimlər fabrik istehsalı qablaşdırılmış yeməklərdən imtina etməyi məsləhət görürlər.
Ən zərərli nümunələr
kartof fri,
soğan halqaları,
qızardılmış dəniz məhsulları,
pirojkilər,
friterdə bişirilən bütün yeməklər.
Məhz buna görə də getdikcə daha çox insan yağsız bişirməyə imkan verən aerogril seçir. O, yeməklərə xırtıldayan qabıq verir, amma zərərli yağlardan istifadə olunmur.