İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda
03 aprel 2024 12:32 (UTC +04:00)

İnfarktdan necə qorunmaq olar? - 8 sadə qayda

Sağlamlıq problemlərini uzun müddət müalicə etməkdənsə, qarşısını almaq daha yaxşıdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və pis vərdişlərdən imtina ürək xəstəliklərinin qarşısının alınmasında ən yaxşı tədbirdir.

Genetik və yaş kimi bəzi faktorlar bizim nəzarətimizdən kənarda olsa da, infarktdan qaçmağa kömək edən qaydalar var. İlk növbədə siqareti tərgitmək lazımdır. Çünki siqareti tərgitmək infarkt riski 65% azalır.

Mütəxəssislər stressin ürək sağlamlığına təsiri barədə xəbərdarlıq edir və açıq havada aktiv olmağı, meditasiya etməyi, yaxşı yuxu almağı, dostlara və ailəyə vaxt ayırmağı və həftədə ən azı 150 dəqiqə müntəzəm idmanla məşğul olmağı tövsiyə edir.

Bundan əlavə qızılbalıq və qoz-fındıq kimi Omega-3-də yüksək olan qidaları yemək lazımdır. Tərəvəz və bütöv taxıllardan istifadə edərək orqanizmi vitamin və minerallarla zənginləşdirmək də vacibdir. 

Pəhrizinizdən əlavə şəkərləri çıxarın - onlar tez-tez işlənmiş qidalarda olur. Gündə 25 qramdan az əlavə şəkər istehlak etmək ümumi sağlamlığınızı yaxşılaşdırmaq üçün edə biləcəyiniz ən vacib şeydir və bu, infarkt riskinizi azaldır.

Çoxlu həll olunan və həll olunmayan lif istehlakı ürəyinizi sağlam saxlamaq üçün vacibdir.

# 2244
avatar

Arzu Qurbanlı

Oxşar yazılar