İmmuniteti qoruyan 7 qida
04 yanvar 2023 19:27 (UTC +04:00)

İmmuniteti qoruyan 7 qida

Qışda immunitet sistemini güclü saxlamaq üçün düzgün qida seçimi etmək böyük əhəmiyyət kəsb edir.

Lent.az xəbər verir ki, qışda immunet sistemin güclü saxlamaq üçün 7 qidadan istifadə etmək lazımdır:

Nar

Nar tərkibindəki antosiyanin ilə ən güclü antioksidant xüsusiyyətlərə malik meyvələrdən biridir. Tərkibindəki zəngin C, E və K vitaminləri, həmçinin kalsium, kalium və maqnezium kimi minerallar sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərdən qorunmağımıza kömək edir.

Balqabaq

Qış mövsümünün ən gözəl qidalarından olan balqabağın tərkibindəki A vitamini immunitet sistemi hüceyrələrinin funksiyalarının tənzimlənməsində müsbət rol oynayır. Beləliklə, immunitetimizin güclənməsinə mühüm töhfə verir.

Balıq

Balıqda çoxlu omeqa-3 yağ turşuları, melatonin, triptofan və taurin kimi immunitet sistemini tənzimləyən komponentlər var. Müntəzəm olaraq, balıq istehlakı bağırsaqdakı faydalı bakteriyaların sayının artmasına da töhfə verir.

Heyva

Heyva güclü antioksidant tərkibli meyvədir. Tərkibindəki C vitamini və fitokimyəvi maddələrlə immunitet sistemimizin güclənməsini dəstəkləyir.

İtburnu

İtburnu C vitamini ilə zəngindir. Tərkibindəki C vitamininin immunitet sistemindəki bir çox hüceyrə funksiyasında rol oynaması sayəsində immunitet sistemini gücləndirir.

Kök

Kökdə olan beta karoten immunitet sistemi ilə əlaqəli funksiyaları tənzimləməyə kömək edir. Tərkibindəki C vitamini ilə yanaşı, kalium və sink kimi minerallar və fenolik birləşmələr kökü qışda toxunulmazlığı dəstəkləmək üçün çox qiymətli bir qida halına gətirir.

Kivi

Kivi polifenollar və C vitamini ilə zəngindir. 100 qramlıq kivi demək olar ki, tək başına yetkin bir insanın gündəlik C vitamini ehtiyacını ödəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Arzu Qurbanlı

Oxşar yazılar