Hər gün  kolbasa yesək,   orqanizmdə nə baş verər?
04 aprel 2024 16:27 (UTC +04:00)

Hər gün kolbasa yesək, orqanizmdə nə baş verər?

Kolbasa tez-tez qəlyanaltı kimi süfrələri bəzəyən məşhur məhsuldur. Ancaq belə qidaları tez-tez istehlak etmək orqanizm üçün zərəlidir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloq Natalya Denisovanın fikrincə, kolbasa çox yağlı məhsuldur.

Onun sözlərinə görə, kolbasa yemisinizsə, o zaman həmin gün menyunuzda digər yağlı qidaları məhdudlaşdırmalısınız:

“Bundan əlavə, kolbasaların tərkibində çoxlu duz olduğunu nəzərə almaq lazımdır. Həddindən artıq kolbasa yemək qan təzyiqi ilə bağlı problemlərə səbəb olur, ürək və böyrək xəstəlikləri riskini artırır.

Bundan əlavə şişkinlik, gözlər altında torbalar yarana bilər. Belə məhsulların istehsalında dadı, rəngini və ya qoxusunu yaxşılaşdıran zərərli komponentlərdən istifadə oluna bilər. Davamlı istifadə ilə bu, hətta xərçəngə səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4056
avatar

Arzu Qurbanlı

Oxşar yazılar