Tərkibindəki C vitamini baxımından kivi asanlıqla limon və digər sitrus meyvələri ilə rəqabət aparır. Sağlam qidalanma mütəxəssisləri bu meyvəni viruslarla mübarizə aparmaq və soyuqdəymələri müalicə etmək üçün rasionunuza daxil etməyi məsləhət görür.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, kivi yemək depressiya ilə mübarizə aparmağa kömək edir.
Kivinin tərkibi C vitamini ilə zəngindir. Tədqiqatlar nəticəsində məlum olub ki, gündə iki ədəd kivi yemək cəmi iki həftədə canlılığı artırır.
Tədqiqatçılar təcrübədə iştirak edən 155 yetkin iştirakçının ilkin olaraq orqanizmlərində C vitamini səviyyəsinin normadan aşağı olduğunu müşahidə ediblər.
Bəzi xəstələr çatışmazlığını kompensasiya etmək üçün C vitamini qəbul ediblər. Bəziləri isə sadəcə gündə 2 ədəd kivi yeyib.
Məlum olub ki, meyvə yeyənlər müşahidənin 4-cü günündə müsbət dinamika nümayiş etdiriblər. C vitaminini əlavə olaraq qəbul edənlər yalnız on ikinci gündə emosional vəziyyətlərini yaxşılaşdıra biliblər.