Ət alanda bunlara DİQQƏT EDİN
12 aprel 2024 11:13 (UTC +04:00)

Ət alanda bunlara DİQQƏT EDİN

Mütəxəssislər bazardan ət alarkən nələrə diqqət etməli olduğunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bazardan ət alarkən satıcıların malların təzəliyi ilə bağlı verdiyi zəmanətlərə etibar etməməlisiniz.

Satıcıların ən çox istifadə etdiyi hiylələrdən biri ətin yapışqan sellofana bükülməsidir.

Satıcılar, bir qayda olaraq, bunun ətin qurumasının və ya milçəklərin gəlməsinin qarşısını almaq üçün etdiklərini deyirlər. Əslində, bu, məhsulun yararsız görünüşünü gizlətmək üçün edilir.

Ətin rənginə də diqqət yetirmək son dərəcə vacibdir. Əgər, ətin rəngi tünddürsə və yağ sarıdırsa, bu mütləq köhnəlmiş ətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5646
avatar

Arzu Qurbanlı

Oxşar yazılar