Elektron siqaretlərin ən təhlükəli növü – Uzaq durun!
12 noyabr 2024 10:55 (UTC +04:00)

Elektron siqaretlərin ən təhlükəli növü – Uzaq durun!

Kanadada aparılan araşdırmalar nəticəsində meyvə ətirli elektron siqaretlər orqanizm üçün daha zərərli olduğu aşkarlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentləin ağciyər hüceyrələrində müdafiə yollarını bağladığı bildirilib.  Xüsusilə, böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərdi. 

Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrin hərəkətlərini dəyişir.Araşdırmada meyvə ətirli elektron siqaretlərin sağlamlığa təsirləri ilə bağlı mühüm xəbərdarlıqlar edilərkən, bu cür məhsulların gənclər arasında yayılmasının qarşısı alınmalı olduğu vurğulanır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar