Elektron siqaretlər  daha bir ölümcül xəstəliyə səbəb olur
15 aprel 2024 10:19 (UTC +04:00)

Elektron siqaretlər daha bir ölümcül xəstəliyə səbəb olur

Aparılan araşdırmalara görə, elektron siqaretlər daha bir ölümcül xəstəliyə səbəb olur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, elektron siqaretin sağlamlığa təsiri ilə bağlı araşdırmada 175 mindən çox insan iştirak edib.

Amerikalı tədqiqatçılar aşkar ediblər ki, “vape” kimi tanınan elektron siqaretlərdən istifadə ürək çatışmazlığı riskinin nəzərəçarpacaq dərəcədə artması ilə əlaqələndirilir.

Bu tədqiqatın nəticələri Atlantada Amerika Kardiologiya Kollecinin (ACC.24) illik elmi sessiyalarında təqdim olunacaq. Tədqiqata MedStar Health tibb təşkilatından Yacoub Bene-Alhassan rəhbərlik edib.

Tədqiqat aparmaq üçün mütəxəssislər sorğulardan və elektron sağlamlıq qeydlərindən əldə edilən məlumatlardan böyüklər sağlamlığına dair böyük milli tədqiqatın bir hissəsi kimi istifadə ediblər, Tədqiqat 175 mindən çox insanı əhatə edib.

Bu müddət ərzində 3242 iştirakçıya ürək çatışmazlığı diaqnozu qoyulub. Demoqrafik və sosial-iqtisadi xüsusiyyətlər, eləcə də ürək-damar xəstəliklərinin inkişafı üçün digər risk faktorları və müxtəlif psixoaktiv maddələrin, o cümlədən alkoqol və tütün istifadəsi nəzərə alınmaqla aparılan statistik təhlildən sonra məlum olub ki, tütün siqareti siqaret çəkmə riskinin 19% artması ilə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Arzu Qurbanlı

Oxşar yazılar