Diş sarılığından necə xilas olmaq olar? - STOMATOLOQ AÇIQLADI
30 mart 2023 16:46 (UTC +04:00)

Diş sarılığından necə xilas olmaq olar? - STOMATOLOQ AÇIQLADI

Hazırda əksər insanın dişi sarı rəngdədir. Özünün təmizliyinə fikir verən hər bir şəxs dişlərinin ağappaq olmasını arzulayır.

Maraqlıdır, görəsən, dişdə ləkələr və sarılığın yaranması nədən qaynaqlanır?

Məsələ ilə bağlı Ankara Universiteti məzunu, Amerika Stomatoloji Assosiasiyası üzvü, həkim-stomatoloq Fərid Zeynalov Lent.az-a açıqlamasında bildirib ki, gigiyeniya əskik olduqda, mütəmadi olaraq dişləri fırçalamadıqda dişin üzərində ərp əmələ gəlir. 

Onun sözlərinə görə, həmin ərpin üzərində bakteriyalar və mikroorqanizmlər yığılaraq turşu ifraz olunur:

“Bu turşu ifrazı nəticəsində dişin mina qatında ərimələr olur. Diş üzərindəki ləkələr məhz bunun nəticəsində yaranır. Qara ləklələr də ola bilər. Qara ləkələr xüsusilə uşaqlarda daha çox rast gəlinir. Bu, ağız mikroflorasının dəyişməsindən irəli gəlir. Diş sarılığının əsas səbəbi yaşdan irəli gəlir. İnsanın yaşı artdıqca dişlərin rənginin tündləşməsi normaldır. Diş sarılığını kimyəvi ağartma üsulu ilə sarılıq aradan qaldırılır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118
avatar

Arzu Qurbanlı

Oxşar yazılar