DİQQƏT! "İndiki hava bu virusların yayılmasına şərait yaradır" - HƏKİM DANIŞDI
09 fevral 2023 15:00 (UTC +04:00)

DİQQƏT! "İndiki hava bu virusların yayılmasına şərait yaradır" - HƏKİM DANIŞDI

Hava şəraitinin kəskin şəkildə dəyişməsi insanların müxtəlif növ viruslara, xəstəliklərə yoluxmasına şərait yaradır.

Maraqlıdır, görəsən, bu xəstəliklərdən özümüzü necə qorumalıyıq?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, soyuq havalarda hava-damcı yolu ilə yayılan virus infeksiyalarının yayılması üçün əlverişli şərait yaranır. 

Onun sözlərinə görə, soyuq havaların təsiri nəticəsində yuxarı tənəffüs yollarındakı hüceyrələrin müdafiə qabiliyyətini zəifləyir:

“Bir sıra infeksiyaların, o cümlədən virusların orqanizmə daxil olmasını asanlaşdırır. Məlumdur ki, insanlar soyuq havalarda qapalı məkanlarda daha çox olurlar. Ümumiyyətlə soyuq hava bir faktor kimi orqanizmin immunitetini aşağı salır. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də “influenza” virusu yayılıb. Hər hansı virusa yoluxma zamanı ilk gündən qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəlik ağırlaşa bilər. Müalicədə istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz həkim tərəfindən təsdiqlənməlidir. Soyuqdəymə ilə qripi bir-birindən ayırmaq üçün laborator müayinə olmalıdır. Bu olmadan qripi təsdiqləmək mümkün deyil. Qripdə yüksək temperatur, üzün qızarması, quru öskürək, burun tutulması, huşunu itirmə, təzyiqin aşağı düşməsi kimi simptomlar müşahidə edilir. Bu kimi hallarda həkimə müraciət etmək mütləqdir".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Arzu Qurbanlı

Oxşar yazılar