Dərini cavanlaşdıran, sızanaqların qarşısını alan içki
05 mart 2021 09:19 (UTC +04:00)

Dərini cavanlaşdıran, sızanaqların qarşısını alan içki

Qəhvə həm də cavanlaşdırıcı təsirə malikdir.

Lent.az bildirir ki, bunu Rusiyadan olan həkim-dermatoloq və kosmetoloq Stanislav Arkannikov açıqlayıb. Həkim bildirib ki, qəhvənin cavanlaşdırıcı təsiri onun tərkibindəki orqanizm üçün faydalı və zəruri olan kofein, vitaminlər, minerallar, linol turşusu və antioksidantlara görə baş verir. 

İnsan oraqnizmində neqativ ətraf mühitdən, səhv qidalanmadan, əsəb və streslərdən əmələ gələn sərbəst radikalları (kimyəvi birləşmələri) zərərsizləşdirən antioksidantlar içkinin cavanlaşdırıcı təsirini özündə ehtiva edir: 
”Xaricdən aldığımız bütün sərbəst radikallar bizim orqanizmimizdə qocalma proseslərini işə salır. Antioksidantlar tablet şəklində mövcuddur, lakin  təbii antioksidantları ləzzətlə istifadə  etmək mümkündür.
Kofein limfa sistemini stimullaşdırır. Əgər insan qəhvəni gündə lazımi qədər içərsə, üz və bütün bədən şişkinliklərindən qoruna bilər”.

Həkimin sözlərinə görə, qəhvə həm də yağ vəzlərinin təsirini normallaşdırır, bu da sızanaq - akne (tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşması) yaranmasının  qarşısını alır.

Qəhvə norması-gündə 2-3 fincan sayılır, amma bu, hər bir insan üçün fərdidir. Həddindən artıq qəhvə istifadə etmək isə arzuolunmazdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar