Davamlı aclıq hissinin SƏBƏBLƏRİ
23 dekabr 2023 10:12 (UTC +04:00)

Davamlı aclıq hissinin SƏBƏBLƏRİ

Yeməklər arasında daimi aclıq hissi xroniki stress, müəyyən dərmanların qəbulu və pis qidalanma səbəbindən görünür.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Rob Hobson qarşısıalınmaz yemək ehtiraslarının yaranmasının və digər səbəbləri barədə danışıb.

Hobson qeyd edib ki, əgər əsas yemək çox yüngül olarsa və orqanizm lazımi miqdarda qida qəbul etmirsə, aclıq hissi tez qayıdır. Dietoloq yeməyiniz qızardılmış kartof, hamburger və şirniyyatlardan ibarət olsa da, yenə eyni effektin olacaqdı. "Bunlar tez həzm olunan karbohidratlardır və qanda şəkərin səviyyəsinin aşağı düşməsinə səbəb olur və bu, aclığı artıra bilər" deyə mütəxəssis izah edib.

Onun fikrincə, ideal olaraq gündəlik qida rasionunda zülallar, liflər və karbohidratlar olmalıdır, o zaman orqanizm iş üçün lazım olan elementləri alacaq və qidaya daimi ehtiyac hiss etməyəcək.

Hobson deyir ki, pəhrizdən başqa digər amillər də aclığa səbəb ola bilər. O, ən çox rast gəlinənlər kimi yuxusuzluq, xroniki stress və antidepresanların uzun müddət istifadəsini göstərib.

Onun sözlərinə görə, bir çox insanlar sadəcə cansıxıcılıqdan qəlyanaltı yeməyi də xoşlayırlar, zaman keçdikcə bu vərdiş halına gəlir, buna görə də insan özünü tox hiss etmir və həqiqətən ac olmasa belə yeməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6744
avatar

Fidan İlqar

Oxşar yazılar