Daha iki ölkədə Hantavirus  aşkarlandı
11 may 2026 12:04 (UTC +04:00)

Daha iki ölkədə Hantavirus aşkarlandı

2

Fransa və Polşada hantavirus təhlükəsi ilə əlaqədar nəzarət tədbirləri gücləndirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Niderlandın “MV Hondius” kruiz gəmisində qeydə alınan virus halları səbəbindən bir neçə şəxs karantinə alınıb.

Fransa hökuməti gəmidən təxliyə olunan bir fransız sərnişində xəstəlik əlamətlərinin müşahidə edildiyini açıqlayıb. Daha sonra həmin şəxs və onunla birlikdə təxliyə olunan daha beş Fransa vətəndaşı ciddi izolasiya rejiminə yerləşdirilib.

Polşada isə gəmidə yoluxmuş şəxslərdən biri ilə təmasda olduğu ehtimal edilən vətəndaş müşahidə altına götürülüb. Rəsmi məlumata görə, onda hər hansı simptom aşkarlanmasa da, yeddi günlük sanitar nəzarət tətbiq olunub.

Bundan əlavə, Yunanıstan və İrlandiya da gəmidən gətirilən şəxsləri ehtiyat tədbiri olaraq karantinə yerləşdirib.

Məlumata əsasən, gəmidə indiyədək səkkiz hantavirus yoluxması qeydə alınıb, onlardan üçü ölümlə nəticələnib. Beş nəfərdə isə diaqnoz laborator şəkildə təsdiqlənib.

Qeyd edək ki, Hantavirus əsasən gəmiricilərdən insana keçir. Virus yoluxmuş heyvanların sidiyi, tüpürcəyi və ya qurumuş ifrazatları ilə təmas nəticəsində yayıla bilir. Xəstəlik qızdırma, halsızlıq və əzələ ağrıları ilə başlayır, ağır hallarda isə tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığına səbəb ola bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 988

Oxşar yazılar