Daha çox  yaşamağa   kömək edən QİDALAR
14 may 2024 18:28 (UTC +04:00)

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas rol oynaya bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar müxtəlif səbəblərdən ürək çatışmazlığı olan 67 yaşlı 905 nəfərdən toplanmış məlumatlara baxıblar. 2 il 4 ay davam edən müşahidələr zamanı 140 nəfər müxtəlif səbəblərdən, onlardan 85 nəfəri ürək-damar xəstəliklərindən dünyasını dəyişib. Tədqiqatçılar bitki qidalarındakı omeqa-3 yağ turşusu olan alfa-linolenik turşunun (ALA) ən yüksək və ən aşağı səviyyələrinə malik xəstələri müqayisə edərək, bu turşunun yüksək səviyyəsinə malik olanların ürək xəstəliyi üçün xəstəxanaya yerləşdirmə riskinin daha az olduğunu müəyyən ediblər. 

Tədqiqatçılar vurğulayırlar ki, pəhrizə qoz kimi bəzi ALA ilə zəngin qidalar əlavə etmək ürək-damar sağlamlığını yaxşılaşdıra bilər.

Bu tədqiqat müşahidə xarakterli olsa da, omeqa-3 yağ turşuları ilə ürək xəstəliklərinin qarşısının alınması və ya müalicəsi arasında müsbət əlaqəni göstərən bir sıra təhlillərə qoşulur.

Alfa-linolenik turşu (ALA) və omeqa-3 yağ turşuları iltihaba təsirləri ilə ürək xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Alimlər uzun müddətdir ki, ürək xəstəlikləri ilə digər xroniki xəstəliklər və iltihablar arasındakı əlaqəni müzakirə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Arzu Qurbanlı

Oxşar yazılar