Dağıntılar altından çıxan insanlarda hansı xəstəliklər yaranır? - HƏKİM DANIŞDI
14 fevral 2023 10:24 (UTC +04:00)

Dağıntılar altından çıxan insanlarda hansı xəstəliklər yaranır? - HƏKİM DANIŞDI

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra həkim mütəxəssis Başar Cander dağıntılardan çıxanlarda görünə biləcək mühüm problemləri açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis bildirib ki, zəlzələ zamanı dağıntılar altından xilas olan insanlarda travma və hipotermiya yaranır:

"Biz hələ fəlakətin ölçülərini görə bilməmişik. Bunu ölən və yaralananların sayında da görürük. Saylar artır və təəssüf ki, artmaqda davam edəcək. Sağlamlıq qruplarının dağıntılar altından çıxan insanlarda diqqət etməli olduğu ilk şey travmadır. Bu, travma qaydalarına uyğun idarə edilməlidir. Məsələn, çox incə işləyərək, yaralı dağıntılardan tədricən çıxarılmalıdır. İlk növbədə ərazi genişləndirilməlidir. Yaralıları bir anda çıxarmaq mümkün deyil. Ona görə də bu əməliyyatlar mümkün qədər peşəkar və təlim keçmiş insanlar tərəfindən aparılmalıdır. Hipotermiya bədən istiliyinin həddindən artıq azalması nəticəsində yaranır. Vaxtında müdaxilə edilməsə, ürək dayanması nəticəsində insan ölə bilər. Bu, xalq arasında "dondurucu ölüm" adlanan bir xəstəlikdir. Ona görə də yaralının yerləşdiyi ərazini isti hava ilə təmin etmək, yaralını dərhal xüsusi yorğana bükmək vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14