COVID-19-un yeni təhlükəsi  aşkar edildi
02 aprel 2024 17:39 (UTC +04:00)

COVID-19-un yeni təhlükəsi aşkar edildi

Alimlər COVID-19-un psixi sağlamlıq üçün yeni təhlükəsini müəyyən ediblər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar, genetik və ətraf mühitin təsirlərinin xəstəliklərin inkişafına müvafiq töhfələrini araşdıran uzunmüddətli tədqiqatı təhlil ediblər. 

Məlum olub ki, yoluxmuş iştirakçıların daha sonra psixotik pozğunluqlar, əhval pozğunluqları, narahatlıq, alkoqol istifadəsi və yuxu pozğunluğu da daxil olmaqla müxtəlif psixi sağlamlıq problemlərinin inkişaf riski daha yüksəkdir. COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilən şəxslərdə bu risk daha da yüksəkdir.

Bununla belə, peyvəndin yeni psixi pozğunluqların inkişafına və mövcud olanların irəliləməsinə qarşı qoruyucu təsiri var, tam peyvənd olunmuş şəxslərdə risklər azalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

Arzu Qurbanlı

Oxşar yazılar