Çin peyvəndin də saxtasını hazırladı
02 fevral 2021 13:09 (UTC +04:00)

Çin peyvəndin də saxtasını hazırladı

Çində koronavirus peyvəndini saxtalaşdırmağa başlayıblar.

Lent.az-ın xarici mediya istinadla verdiyi xəbərə görə, xüsusi əməliyyat zamanı polis COVID-19-a qarşı böyük miqdarda saxta peyvənd aşkar edib. 

Pekindəki, eləcə də Tsyansu və Şandun əyalətlərindəki gizli dərman istehsalı və paylanması məntəqələrində üç mindən çox saxta peyvənd ələ keçirilib.

Polis bu cinayətlə əlaqəsi olan 80 nəfəri saxlayıb. 

İlkin məlumata görə, cinayətkarlar ampulaları adi fizrastvor məhlulu ilə doldurub şişirdilmiş qiymətə satırdılar.

Eyni zamanda, öz istehsalı olan “Sinovac” peyvəndi Çin vətəndaşları üçün pulsuzdur.
Şübhəlilər bizneslərini 2020-ci ilin sentyabr ayından başlayıblar. 

Cinayətkarlar “peyvəndi” xaricə çatdırmağı da planlaşdırıblarmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar