Bu şəhərdə COVID-dən bir həftədə 10 nəfər öldü
17 sentyabr 2024 17:58 (UTC +04:00)

Bu şəhərdə COVID-dən bir həftədə 10 nəfər öldü

Sankt-Peterburqda son bir həftə ərzində 2775 yeni koronavirus hadisəsi aşkar edilib. Leninqrad vilayətində 358 hadisə qeydə alınıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, sentyabrın 9-dan 15-nə keçən həftə ərzində hər iki bölgədə COVID-ə yoluxma halları artıb. Bir həftə əvvəl şimal paytaxtında 2,315, Leninqrad vilayətində isə 285 COVID-19 hadisəsi qeydə alınıb, bütövlükdə ölkədə xəstələnmə nisbətləri 30 faiz artıb - demək olar ki, 25 min hadisədən 32 min nəfərə.

Sankt-Peterburqda COVID-ə yoluxan 120 nəfər (əvvəllər 104), Leninqrad vilayətində isə dörd nəfər (əvvəllər yeddi) xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, bu şəhər bir həftə ərzində koronavirusdan ölənlərin sayına görə lider olub - 10. Moskvada səkkiz ölüm, Leninqrad vilayətində isə qeyd olunan müddət ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb..


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar