Kardioloq ürək sağlamlığına zərər verən qidaların adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kardioloq Lyubov Stetsyuk bildirib ki, ürək-damar sistemi xəstəliklərinin inkişafına ən çox meylli şəxslər yaşı 40-dan çox olan insanlardır.
Onun sözlərinə görə, yanlış pəhriz və qeyri-sağlam yemək vərdişləri ürəyin vəziyyətini pisləşdirə bilər:
“Alkoqol ürəyin əsas düşmənlərindən biridir. Bu, həzm sisteminin pozğunluqlarına səbəb olur. Bədənin intoksikasiyasını artırır, qaraciyər və böyrəklərin işini maneə törədir. Həmçinin damarların kövrəkliyini artırır. Kolbasa və hisə verilmiş məhsullar demək olar ki, bütün orqanlara zərər verir. Qırmızı ət çoxlu zərərli doymuş yağ ehtiva edir. Buna görə də həftədə 3 dəfədən çox olmayaraq istehlak edilməlidir”.