Sağlam olmayan pəhriz “aqressiv prostat xərçəng”' riskini artırdığı iddia olunur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar 1992-1996-cı illər arasında İspaniyada 15 min 296 nəfərin yemək vərdişlərini araşdırıblar.
Tədqiqat nəticəsində məlum olub ki, bu müşahidə qrupunda sağlam qidalanma vərdişləri olmayan, "fast food", çox qızardılmış, mənşəyi bilinməyən ətdən hazırlanan qidaları istehlak edən 609 nəfərdə "aqressiv prostat xərçəngi" inkişaf edib.
Tədqiqatçılar bildirib ki, tapıntılar göstərir ki, sağlam qidalanmaq “aqressiv prostat xərçəngi”nin qarşısını almaq üçün ən yaxşı strategiyadır.