“Həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir”.
Bu fikirləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirib:
Fazir Babayev qeyd edir ki, böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir:
“Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.
Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir”.

Bu ağır xəstələr də peyvənd oluna bilərlər – SİYAHI
Oxşar yazılar

Sağlamlığın və gözəlliyin daha bir sirri açıldı
19 avqust 2025 , 16:23
Qaraciyəri məhv edən QİDALAR
19 avqust 2025 , 15:10
Qarnı dümdüz edir - 3 günə 3 kilo arıqladan qarışım
19 avqust 2025 , 10:34
Uzunömürlülüyün sirri açıqlandı: Kimlər 100 ildən çox yaşaya bilər
18 avqust 2025 , 18:09
Hamilələrə bu dondurmalar qadağandır
18 avqust 2025 , 16:24
Sizi həyata qaytaracaq... “Paxmel”dən sonra ideal səhər yeməyi
17 avqust 2025 , 15:35
Qaraciyər xərçənginin əsas səbəbləri
17 avqust 2025 , 10:34