Boğaz ağrısının qarşısını necə almaq olar?
30 mart 2023 14:44 (UTC +04:00)

Boğaz ağrısının qarşısını necə almaq olar?

Qulaq, burun və boğaz xəstəlikləri mütəxəssisi həkim Mahmut Ozan Fındık boğaz ağrısına qarşı alınacaq tədbirlərdən danışıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim bildirib ki, boğaz ağrısı zamanı mütləq həkimə müraciət edilməlidir.

Onun sözlərinə görə, bir çox xəstəlik boğaz ağrısına səbəb ola bilər:

“Qapalı mühitlərdə insanlar bir-birinin nəfəsini daha çox alır və virusların yayılması üçün uyğun mühit yaradır. Bununla da boğaz ağrısına səbəb ola biləcək xəstəliklər inkişaf edə bilər. Ona görə də qapalı yerlərdə çox vaxt keçirməyin və maskanızı çıxarmayın. Boğaz ağrısına qarşı hər gün müntəzəm olaraq bol su içmək çox vacibdir. Bol su içdiyiniz zaman boğazda virus və bakteriyaların yaranmasının qarşısı alınır. Diqqət yetirilməsi lazım olan digər vacib məqam isə spirt istehlak etməmək və kofeini məhdudlaşdırmaqdır. Bundan əlavə, alkoqol və kofein boğazda daha çox qıcıqlanmaya səbəb olur”.

# 1860
avatar

Arzu Qurbanlı

Oxşar yazılar