Bananın min bir faydası
03 mart 2023 14:02 (UTC +04:00)

Bananın min bir faydası

Ən çox istehlak edilən meyvələr arasında yer alan bananın faydaları çoxdur. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, banan həzm üçün faydalıdır. 

Bananın bununla yanaşı bir çox faydaları var:

1. Həzm pozğunluqlarını düzəldir. Lif baxımından çox zəngindir və qəbizliyə yaxşı gəlir.
2. Kaliumla zəngin olan banan böyrəklər üçün də faydalıdır.
3. Banan ürək sağlamlığı üçün çox vacibdir. Qan təzyiqini sabitləşdirir və ürək əzələlərini gücləndirir.
4. Triptofan zülalını serotoninə çevirir. Buna görə də depressiya, stress və yorğunluğa çarə ola bilər.
5. Tərkibində B6 vitamini olan banan şəkərin səviyyəsini tənzimləyir, beləliklə, menstruasiya öncəsi sindromlu qadının əhval-ruhiyyəsini yaxşılaşdırmağa kömək edir.
6. Tərkibində yüksək kalium və az duz olan banan qan təzyiqinə faydalıdır.
7. Saçları gücləndirir və qırılmaların qarşısını alır.
8. Doydurucu xüsusiyyətə malik olan banan tez-tez yeməyi azaldır. Enerji verir.
9. Dəri xəstəliklərindən qurtulmağa kömək edir. Qara nöqtələri və sızanaqları azaldır.
10. Banan xərçəngə tutulma riskini azaldır.
11. Tərkibində A, C və E vitaminləri olduğu üçün göz sağlamlığı üçün faydalıdır.
12. Bananın tərkibində kalsium var; Beləliklə, sümüklərin güclənməsinə kömək edir.
13. Əzələ ağrıları və kramplara yaxşı gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14802
avatar

Arzu Qurbanlı

Oxşar yazılar