Bananın  bilmədiyimiz  faydaları
27 fevral 2023 17:30 (UTC +04:00)

Bananın bilmədiyimiz faydaları

Bananın tərkibi karbohidratlarla zəngin olduğu üçün ilk növbədə enerji mənbəyi sayılır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, banan həm də bir çox xəstəliyin qarşısını alır. 

Banan depressiyanın qarşısını alır. Depressiyada olan insanlar arasında aparılan araşdırmalardan biri sübut edib ki, həmin insanların çoxu banan yedikdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar. Bunun səbəbi isə bananın bədəndə serotonin (insanı rahatlaşdıran və xoşbəxtlik hissi yaradan maddə) yaradan zülal olan triptofan ehtiva etməsidir.
 
Bananın tərkibindəki B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır. Bu da mesntruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirir.
 
Banan qandakı hemoqlabin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.
 
Bu tropik meyvə təzyiqi normallaşdırmaq üçün mükəmməl vasitədir. Son dərəcə yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində buna qadirdir.

Banan ehtiva edən pəhrizlərdə laksatifə (bağırsağı fəaliyyətə gətirən dərmanlar) ehtiyac qalmır. Banan normal bağırsaq hərəkətini yeniləyir.
 
Bir çox məqamlarda sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların fiziki və daxili istiliyini aşağı salma təsirinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20826
avatar

Arzu Qurbanlı

Oxşar yazılar