Bal antibiotiklərdən daha təsirlidir
22 fevral 2021 12:12 (UTC +04:00)

Bal antibiotiklərdən daha təsirlidir

Dünyanın ən prestijli universiteti sayılan Oksfordun araşdırmasına görə, bir qaşıq bal, bütün antibiotiklərdən daha çox faydalıdır.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, İngiltərədəki Oksford Universiteti tərəfindən aparılan bir araşdırma, bir qaşıq balın bazarda mövcud olan bütün antibiotiklərdən daha faydalı olduğunu ortaya qoyub. Tədqiqatçılar balın yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı antibiotik və ağrı kəsicilərinə nisbətən daha təsirli olduğunu araşdırıblar. Bundan əlavə, aparılan araşdırmalara görə, balın bəzi hallarda müalicə müddətini 2 günə endirdiyi və öskürəyi 50 faiz azaltdığı məlum olub. Bu dəyərli məlumat, balın öskürək, soyuqdəymə və burun tıxanıqlığına qarşı antibiotiklərdən daha təsirli olduğunu ortaya qoyub.

Müxtəlif yaşlardan toplanmış 1700-dən çox iştirakçının klinik sınaqlara məruz qaldığı araşdırmada, xəstələrin 36 faizinin öskürəyinin təmizləndiyi və 44 faizində zəiflədiyi məlum olub.

Bal və arı məhsullarının qədim dövrlərdən bəri insanlar tərəfindən terapevtik məqsədlər üçün istifadə edildiyini bildirən Ahmet Bağran Aksoy deyib ki,

“Yalnız bal deyil, digər arı məhsulları, polen, propolis və arı südü kimi qiymətli məhsullar da insanlar üçün faydalıdır. Bu məhsullar lazımi miqdarda təmiz xam bal ilə qarışdırılmalı və ehtiyaclara uyğun olaraq istehlak edilməlidir. Bəs hansı bal istehlak edilməlidir? Balın hamısı deyil, təmiz xam bal antibiotiklərdən daha təsirli olur. Araşdırmada bəhs etdiyimiz bal, bazarda ucuz satılanlar deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3228
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar