Azərbaycanda qriplə bağlı  XƏBƏRDARLIQ
09 dekabr 2022 12:11 (UTC +04:00)

Azərbaycanda qriplə bağlı XƏBƏRDARLIQ

"Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir". 

Lent.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur:

"Xəstəliyin ağır gedişinin və fəsadlaşmasının yüksək riski olan qruplar vardır. Buraya hamilə və doğuşdan sonrakı 2 həftəyədək olan zahı qadınlar, 59 ayadək olan körpələr, 5 yaşadək olan uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, xroniki xəstəlikləri olan insanlar (ürək, ağciyər, böyrək xəstəlikləri, metabolizm pozuntuları, qaraciyər, qan, nevroloji xəstəliklər) və immuniteti zəif olan şəxslər aiddir. İİV/QİÇS-ə yoluxmuş, steroid və immunsupressor (iltihab əleyhinə) dərmanlarla müalicə və ya profilaktika alan pasiyentlər daxildir. Ağır xəstələr stasionara yerləşdirilməli və antiviral və antibiotiklərlə daha intensiv terapiya almalıdırlar".

# 2472
avatar

Arzu Qurbanlı

Oxşar yazılar