Azərbaycanda koronavirusa yoluxanlar nə vaxt peyvənd olunacaq? - AÇIQLAMA
11 mart 2021 11:39 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxanlar nə vaxt peyvənd olunacaq? - AÇIQLAMA

"Azərbaycanda hələ ki, COVID-19-a yoluxanların vaksinasiyası nəzərdə tutulmur".

Bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, peyvənd alındıqca “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  vaksinasiya həyata keçiriləcək: “COVID-19-a yoluxanların peyvənd olunması məsələsi də öz həllini tapacaq. 

Bütün maraqlı məsələlərə yenidən baxıla bilər. Hələ ki, koronavirusa yoluxanların peyvənd olunması məsələsinə baxılmır. Amma hər bir halda bu məsələlərə yenidən qayıtmaq olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Oxşar yazılar