Arıqlamaq üçün nə vaxt yatmaq  lazımdır?
12 avqust 2024 19:00 (UTC +04:00)

Arıqlamaq üçün nə vaxt yatmaq lazımdır?

Hər kəs yaxşı yuxunun sağlamlığın açarı olduğunu bilir, lakin hər kəs onun əsl əhəmiyyətini dərk etmir. Yuxunun olmaması iştahı artırır, yüksək kalorili qidalara həvəs yaradır və çəkiyə mənfi təsir edən davranış nəzarətini pozur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bədənimizdə yuxu hormonu melatonin istehsal edən epifiz vəzi var. Bu proses günəş işığı olmadıqda yəni gecələr baş verir.

Yatmadığımız zaman beyində yorğunluğa səbəb olan kimyəvi maddə olan adenozin toplanır. Əgər 16 saat oyaq qalsanız, bədəninizdə adenozin yığılacaq. Yatmağa getdiyiniz zaman melatonin sintezi başlayır.

Mütəxəssislər insanın ən azı 8 saat yatması lazım olduğunu, hər gün eyni vaxtda yatmağın vacib olduğunu vurğulayır. Sağlamlığınız üçün vacib olan yatmağa getdiyiniz vaxt deyil, yuxunun nizamlılığı və müddətidir. Hər gecə eyni vaxtda yatıb kifayət qədər yatmalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Arzu Qurbanlı

Oxşar yazılar