Arıqlamaq üçün acqarına bu meyvəni yeyin
05 mart 2023 09:09 (UTC +04:00)

Arıqlamaq üçün acqarına bu meyvəni yeyin

Əriyin orqanizmə faydaları saysız-hesabsızdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ərikdə çoxlu A, C, E və K vitaminləri var.

Ərikdə maqnezium, fosfor və kalium kimi minerallar da var. Hər səhər acqarına istehlak edilən 2 əriyin təsiri inanılmazdır. Çünki acqarına istehlak edilən ərik maddələr mübadiləsini və bağırsaqları çox tez işlədir. Ərik orqanizmə çox faydalı olan meyvələrdəndir. Həzm sistemini tənzimləyir və bağırsaqları işlədir. Bu xüsusiyyəti ilə qəbizlik problemini aradan qaldırır.

Əriyin kalorisi azdır. Hər səhər 2 ərik və üzərindən bir stəkan su içmək həm qəbizliyin qarşısını alır, həm də qarındakı piyləri yandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168780
avatar

Arzu Qurbanlı

Oxşar yazılar