Arıqlamağı sürətləndirən 5 əsas qida
18 fevral 2023 09:50 (UTC +04:00)

Arıqlamağı sürətləndirən 5 əsas qida

Bəzi qidalar maddələr mübadiləsini sürətləndirir və bədəndəki yağın əriməsinə kömək olur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tez arıqlamağa kömək edən bu qidalar doyurucu təsiri ilə artıq kalori qəbulunu da məhdudlaşdırır.

Artıq çəkinizdən tez bir zamanda xilas olmaq istəyirsinizsə, pəhriz siyahısına bu qidaları əlavə edin.

Qatıq

Qatığın tərkibində protein və kalsium var. Qatıq bağırsaq florasına təsirlidir. Beləliklə, həzm sistemini tənzimləməyə kömək edir. Müntəzəm olaraq istehlak edildikdə, bədəndəki yağların əriməsinə kömək edir.

Qırmızı acı bibər

Qırmızı acı bibər tərkibindəki kapsaisin maddəsi sayəsində orqanizmdə maddələr mübadiləsini sürətləndirir.

Bədən istiliyi yüksəlir və enerji sərf etməyə başlayır. Acı bibər qarın nahiyəsində piylərin əriməsində təsirlidir.

Yulaf

Yulaf tərkibində yüksək miqdarda lif ehtiva etdiyi üçün tox saxlayan bir qidadır. Mütəxəssislər yulafı qatıqla birlikdə istehlak etməyi məsləhət görürlər.

Yaşıl Mərci

Yaşıl mərci arıqlamaq istəyən hər kəsin pəhriz siyahısındadır. Yaşıl mərci doyurucu xüsusiyyəti sayəsində həddindən artıq kalori almanızın qarşısını alır.

Yaşıl mərcidə yüksək lif olduğu üçün maddələr mübadiləsini çox sürətli edir.

Limon

Limon yavaşlayan maddələr mübadiləsini aktivləşdirir, onun daha sürətli işləməsini təmin edir. Limon istehlak edərək bədəndəki artıq yağların əriməsini sürətləndirə bilərsiniz.

Limon xüsusilə qarın bölgəsindəki piyləri yandırır. Limon bədəndə yığılan ödəmi və toksinləri daha qısa müddətdə xaric edir. Arıqlamaq üçün limonu detoks suyu olaraq və ya salatlarda istifadə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Arzu Qurbanlı

Oxşar yazılar