Antidepresan haqqında bilinməyən faktlar
09 fevral 2023 11:27 (UTC +04:00)

Antidepresan haqqında bilinməyən faktlar

Araşdırmalara görə, dünyada 2009-2020-ci illər arasında antidepresanlardan istifadə 70 faiz artıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2017-ci ildə 48 milyon qutu antidepresan satıldığı halda, 2021-ci ildə bu rəqəm 60 milyona yüksəlib. Böyüklərin 10%-dən çoxunun antidepresanlardan istifadə etdiyi düşünülür. 

Antidepresanlar bəzi digər sağlamlıq problemləri, xüsusən də əhval pozğunluqları üçün də istifadə edilə bilər. 

Əgər antidepresan qəbul edirsinizsə, müalicəni özünüz dayandırmayın. Problemlə bağlı həkiminizlə məsləhətləşin. Həkim məsləhəti olmadan antidepresanları və ya oxşar komponentləri olan dərmanları istifadə etməyin. 

Dərmanların hər orqanizmə eyni təsir göstərmədiyini də xatırlamaq lazımdır. Hər bir insan dərmana fərqli reaksiya verə bilər. Antidepresanların təsiri orta hesabla 4-6 həftədən sonra görünməyə başlayır. 

Antidepresanların müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mövcuddur:

1. Ümumiyyətlə xoşbəxt vəziyyətlərə reaksiyasızlıq.

2. Narahat vəziyyətlərə və ya hisslərə cavabsızlıq.

3. Sevgi hissini əvvəlki kimi güclü hiss edə bilməmək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Arzu Qurbanlı

Oxşar yazılar