Ac olanda əsəbləşməyin səbəbləri  -  HƏKİM AÇIQLADI
26 aprel 2023 12:30 (UTC +04:00)

Ac olanda əsəbləşməyin səbəbləri - HƏKİM AÇIQLADI

Türkiyəli həkim Ayça Kaya ac olanda hirslənməyin səbəblərini açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, həkim bildirib ki, gün ərzində ac qalmaq sağlamlığa mənfi təsir edir.

Onun sözlərinə görə, daha çox əsəbilik, stress, fokuslanma problemləri və dözümsüzlük kimi problemlər yaşanır:

“Bundan əlavə, istehlak etdiyimiz bir çox qida hormonların iş sürətinə və balansına təsir göstərir. Bədənin düzgün işləməsi üçün doğru qidalara ehtiyacı var. İnsanlar ac olanda qanda şəkərin səviyyəsini normallaşdıran fermentlər və hormonlar ifraz olunmağa davam edir.

Aclığı tarazlaşdıracaq qidalar gün ərzində istehlak edilməsə belə, orqanizm onu sistemə verir. Bu səbəbdən aclığın qaytarılması hər insanda əsəbilik, dözümsüzlük, stress və ya narahatlıq kimi problemlər yaratmır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Arzu Qurbanlı

Oxşar yazılar