101 yaşlı Şamama nənə peyvənd olunarkən
20 fevral 2021 14:06 (UTC +04:00)

101 yaşlı Şamama nənə peyvənd olunarkən

101 yaşlı Şamama nənə PEYVƏND OLUNDU - FOTO

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, İsmayıllı rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, əslən İsmayıllının Xankəndi kəndindən olan 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədir qızına səyyar tibb işçiləri tərəfindən öz evində peyvənd vurulub.

Könüllü olaraq nəvəsi tərəfindən qeydiyyatdan keçən Şamama nənə 101 yaşının olmasına baxmayaraq, peyvəndin vurulmasının vacib olduğunu və vaksindən sonra özünü yaxşı hiss etdiyini qeyd edib.

Məlumat üçün bildiririk ki, bir neçə gün öncə də 100 yaşlı 1921-ci il təvəllüdlü Təzəkənd kənd sakini Səfərova Dosdu Məlik qızıda peyvənd edilib.

Rayonda fəaliyyət göstərən mobil qruplar vətəndaşların ünvanına gedərək təbliğat, təşviqat aparır,  könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməklik göstərirlər. Həmçinin, yaradılmış səyyar tibb işçiləri fiziki imkanları məhdud olan sakinləri nəzərə alaraq,  evlərinə gedərək peyvənd vururlar.

8 fevraldan başlayaraq Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi 50 yaşdan yuxarı 1200-ə yaxın vətəndaş peyvənd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042
avatar

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14