İtaliyanın Padua Universitetinin alimləri qlobal istiləşmə səbəbindən bir sıra şərabların mağaza rəflərindən yoxa çıxa biləcəyi barədə xəbərdarlıq ediblər.
Lent.az xəbər verir ki, araşdırmanın nəticələri "iScience" jurnalında dərc olunub.
Prosecco, Burgundy, Grand Cru və Cabernet Sauvignon təhlükə altındadır. İçki hazırlanan üzümlər dağların yamaclarında üzüm bağlarında bitir. Ancaq quraqlığa və torpağın deqradasiyasına səbəb olan temperaturun artması səbəbindən onlar yox ola bilər.
Müəlliflər alimləri ən məşhur şərablardan bəzilərini xilas etmək üçün fermerlərlə birləşməyə çağırıblar. Tədqiqatçıların fikrincə, onların yoxa çıxması təkcə şərab sənayesi üçün deyil, həm də onları istehsal edən ölkələrin mədəniyyəti üçün mənfi nəticələrə malikdir.
Alimlər təklif edirlər ki, üzüm bağlarının arasına ot əkmək və yamaclarda yağış sularına nəzarət etmək üzüm bağlarını xilas etməyə kömək edəcək. Bununla belə, ən təsirli xilasetmə metodunu yaratmaq üçün daha çox araşdırma tələb olunur.