Noxud insansümüklərinin möhkəmliyinə də xeyirdir.
APA xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində diyetoloq Yelena Solomatina bildirib.
Noxud öz amin turşularının tərkibinə görə unikaldır, hətta bəzən onu ət əvəzi də adlandırırlar. Bu bitki mənşəli protein, B vitaminləri və fol turşusunun əla mənbəyidir. Tərkibində həmçinin iltihabla mübarizə aparmaq, sümük sıxlığını artırmaq, kalsium, maqnezium və fosforun daha yaxşı mənimsənilməsi üçün lazım olan vanadium və bor var.
Üstəlik, noxud mədə-bağırsaq traktının normal fəaliyyətinə kömək edən çoxlu lif ehtiva edir. Noxud beynin idrak imkanlarının normal inkişafı və qaraciyərin normal fəaliyyəti üçün bizə lazım olan yaxşı xolin mənbəyidir. Onun köməyi ilə ateroskleroz riskini azalda bilərsiniz.
Maksimum fayda təzə noxudda olur. Lakin onların faydalı xüsusiyyətlərinin əksəriyyəti dondurulduqdan sonra da qorunur.
O, əlavə edib ki, yüksək səviyyədə sidik turşusu duzları, gut, böyrək daşları və hər hansı mədə-bağırsaq xəstəlikləri olan insanlar noxudla daha diqqətli olmalıdırlar.