Xarici işlər nazirinin müavini İspaniyaya səfir göndərildi
19 aprel 2021 13:42 (UTC +04:00)

Xarici işlər nazirinin müavini İspaniyaya səfir göndərildi

Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Oxşar yazılar