Yumurtasız,  sadəcə su ilə pankeklər necə bişirilir? – Çox sadə
19 mart 2024 18:23 (UTC +04:00)

Yumurtasız, sadəcə su ilə pankeklər necə bişirilir? – Çox sadə

Özünüzə və yaxınlarınıza səhər yeməyi və ya nahar üçün dadlı pankeklər hazırlamaq istəyirsinizsə, minimum inqrediyentlərlə bunun öhdəsindən çox gözəl gələ bilərsiniz. 

Lent.az xəbər verir ki, süd və yumurta olmadan da pankek hazırlamaq olar. 

Lazım olan ərzaqlar: 

200 qram un;

400 ml təmiz su;

50 ml bitki yağı;

Bir qaşıq şəkər;

Yarım çay qaşığı soda

Əvvəlcə unu ələkdən keçirmək lazımdır. Daha sonra şəkərlə qarışdırmaq məsləhətdir. Alınan pankeklərin daha ətirli olmasını istəyirsinizsə, onun xəmirinə bir az vanil əlavə etmək olar. Sonra alınan qarışığa tədricən su tökmək lazımdır, lakin eyni zamanda o daimi qarışdırılmalıdır. Sonda yağ və soda əlavə edin.

Xəmir yaxşıca qarışdırıldıqdan sonra yağla qızdırılan tavada pankeklərinizi bişirə bilərsiniz.  Süfrəyə verərkən istəyə uyğun olaraq pankeklərin üzərinə, qatılaşdırılmış süd, meyvə və ya kəsmik əlavə etmək olar. 

# 4434
avatar

Sevinc Fərid

Oxşar yazılar