Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sizə sosial şəbəkədəki “Dadlı mətbəxim” səhifəsinə istinadən “Üç bacı dolması”nın reseptini təqdim edəcəyik.
Xanımlar, diqqətiniz Lent.az-da olsun. Daha əvvəl bu yeməyi hazırladığınızı bilirik. Amma təklif etdiyimiz bu üsul daha asan və rahatdır. Elə isə vaxt itirmədən hazırlamağa başlayaq.
Lazım olan ərzaqlar:
500 qram yağlı qoyun əti
3 ədəd soğan
1 ədəd pomidor
1 dəstə reyhan
1 dəstə keşniş
Zövqə gorə duz istiot
1 çay qaşığı sarıkök
2 yemək qaşığı yumuru düyü
1 yemək qaşığı tomat
5-6 ədəd badımcan
4 ədəd bibər
4-5 ədəd pomidor
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
Nuş olsun!