Sulu toyuq kotletləri  necə bişirilir?
27 dekabr 2023 19:37 (UTC +04:00)

Sulu toyuq kotletləri necə bişirilir?

Belə bir fikir var ki, toyuq kotletləri bir az quru olur. Buna görə də bir çox insan bu yeməyi bəyənmir. Ancaq bu səhv fikirdir. Çünki bu kotletlərin bişirilmə formasından asılıdır. Kotletləri bir az qızardıb sonra pörtlədin. Həmçinin, onları sobada pendir və pomidorla bişirmək daha məsləhətlidir.

Lazım olan ərzaqlar: 

Çəkilmiş toyuq əti - 300 q;

Pendir (sərt) - 50 q;

Xama (10% yağ) - 50 q;

Pomidor - 150 q;

Zövqə uyğun duz, ədviyyat və göyərti.

Necə bişirilir?

1. Çəkilmiş ət hazırlayın və ya mağazada satın alınan məhsullardan istifadə edin. Dadının daha yaxşı olması üçün ona duz və ədviyyat əlavə edin.

2. Kotletləri düzəldin, onları bir qaba qoyun və xama ilə yağlayın.

3. Pomidorları dilimlərə kəsin və kotletlərin üstünə qoyun.

4. Xəmiri əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyun və 35 dəqiqə bişirin.

5. Bu zaman pendiri sürtgəcdən keçirin, kotletləri çıxarın və üzərinə pendir səpin, sonra 10 dəqiqə sobaya saxlayın. Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9867
avatar

Sevinc Fərid

Oxşar yazılar