Mərci şorbasının hazırlanma qaydası
14 dekabr 2020 11:19 (UTC +04:00)

Mərci şorbasının hazırlanma qaydası

Soyuq havaların ən məşhur yeməyi “Mərci şorbası”: Bu xəstəliklərə faydalıdır...

Qış fəslinin gəlməsi və havaların soyuması mətbəxlərdə daha çox şorbaların bişirilməsinə təkan verir. Çünki şorbaların tərkibi, adətən vitamin və minerallarla bol olur. Bu da xəstəliklərdən qorunmağa və immunitetin güclənməsinə kömək edir.

Xanımlar, Lent.az bu dəfə sizə mәrci şorbasının hazırlanma qaydasını təqdim edəcək:

Mərci çox faydalı qida məhsuludur. Mərcinin tərkibində asan mənimsənilən zülallar, karbohidratlar, qidalı liflər, əvəzolunmaz aminturşular, Omeqa-3 və Omeqa-6 yağ turşuları, beta-karotin, E, B qrupu vitaminləri, dəmir, sink, maqnezium, fosfor və digər vacib minerallar var.Təbii liflərlə zəngin olan mərci bağırsaqlar üçün çox faydalıdır. Mərci bağırsaqları əsaslı şəkildə təmizləyir, orada yığılan ziyanlı maddələrin xaric olunmasını sürətləndirir.

Mәrci şorbasının resepti belәdir:

1 stәkanı qırmızı mәrci

1 xörәk qaşığı kәrә yağı

1 xörәk qaşığı tomat pastası

1 әdәd soğan

½ çay qaşığı qırmızı toz bibәr

1 çay qaşığı duz

6 stәkan su vә ya әt suyu

Hazırlanma qaydası:

Öncə mərciməyi yuyun. Soğanı xırda-xırda doğrayın. Üzərinə duz və kərə yağı əlavə edib, qızılı rəng alana qədər qovurun. Daha sonra tomat pastası əlavə edib, 3 dəqiqə də qızardın. Suyu süzülmüş mərciməyi soğanın üstünə töküb 2-3 dəqiqə qovurun. Qovurduqdan sonra suyunu əlavə edib, zövqə görə duz və istiot səpib, bişirin. Hazır şorbanı istəyə görə blenderlə əzə bilərsiniz. Mərcimək şorbasının üzərinə nanə qurusu, limon suyu və s. səpib, süfrəyə vermək olar.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6391

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45