Şorbaya əvvəlcə nə  əlavə etmək   lazımdır: Kartof, yoxsa  yerkökü?
18 aprel 2024 19:15 (UTC +04:00)

Şorbaya əvvəlcə nə əlavə etmək lazımdır: Kartof, yoxsa yerkökü?

Hər hansı şorba hazırlayarkən, tərkibinə əlavə edilən qidalara diqqət yetirmək lazımdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, şorba hazırlayarkən müəyyən qaydaya əməl etmək lazımdır. Yəni məhsullar sırayla, bişirilmə vaxtına görə şorbaya əlavə edilməlidir.

Çünki bəzi tərəvəzlərin bişirmə müddəti təxminən eynidir (12-15 dəqiqə), eyni zamanda əlavə edilə bilər.

Çuğundur təxminən bir saat, ağ kələm - təxminən 40 dəqiqə, gül kələmi və brokoli - 20 dəqiqə bişirilir.

Turşəng və ispanaq isə 10 dəqiqəyə bişir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15174
avatar

Arzu Qurbanlı

Oxşar yazılar